Bu ilin yanvar-iyul aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 516,6 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 58,3 faiz artım deməkdir.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 331,2 milyon manat olub ki, bu da ümumi dövriyyənin 64,1 faizini təşkil edib.
Bizim.Media