Bakı şəhəri üzrə bu ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bizim.Media Bakı Şəhər Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1% artaraq, 1065,7 manat təşkil edib
Qeyd edək ki, bu ilin yanvar-may aylarında paytaxtda orta aylıq nominal əməkhaqqı 1066,9 manat olub.
Bizim.Media