Mədəniyyət naziri Anar Kərimov Misirin ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.
Bizim.Media nazirliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və planlaşdırılan layihələr haqqında fikir mübadiləsi aparılıb.
Səfiri salamlayan Anar Kərimov Misir ilə ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Səfir Hişam Mohamed Nağı Abdel Həmid səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Diplomat səfirliyin nazirlik tərəfindən həyata keçirilən layihə və təşəbbüslərdə iştirakından məmnunluğunu vurğulayıb.
Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi ilə davam edib.
Bizim.Media