Azərbaycanda payızlıq əkin bəyanlarının qəbuluna başlanıldı

Bu gündən Azərbaycanda payızlıq əkin bəyanlarının qəbuluna başlanılıb. 

Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Məlumata görə, proses dekabrın 30-na qədər davam edəcək. 

Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və yaxud Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər. 
Fermerlər bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) əkilən və yaxud yerdə mövcud bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir. 

Əgər bəyan dövründə əkinin dəyişdirilməsi ehtimalı varsa, sadəcə bəyanı daxil edib “Müraciət et” düyməsinə sıxmadan fermerlər 30 dekabra qədər bəyanı dəyişdirə bilərlər.

Bəyan edilən bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, fermerlər bəyanla eyni gündə “müraciət et” düyməsinə sıxmaqla müraciətini yekunlaşdıra bilər. 30 dekabra qədər onun müraciəti göndərilmədikdə fermerin subsidiyaya elektron ərizəsi formalaşmayacaq və ona subsidiya ödənilməyəcək. 

Əkin subsidiyasına müraciət bitkinin bəyan edilməsi, torpaqdan istifadə hüququnun təsdiqlənməsi, müraciətin edilməsi ardıcıllığına uyğun aparılır. Fermerlər öz elektron kabinetləri vasitəsilə müraciətləri ilə bağlı proseslərin qeyd edilən ardıcıllığa uyğun aparılıb aparılmadığını izləyə bilər və problem müəyyən etdikdə DAİM-ə müraciət edə bilərlər. 

Vaxtında edilməyən və yaxud yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək.

Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradacaq.

Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər.
Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mbappenin durumu müəyyənləşdi

Mbappenin durumu müəyyənləşdi

2026-cı ili bu rənglərdə qarşılamaq OLMAZ: Enerjini söndürür, yorğunluq gətirir...

2026-cı ili bu rənglərdə qarşılamaq OLMAZ: Enerjini söndürür, yorğunluq gətirir...

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edildi - FOTO

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edildi - FOTO

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? - VİDEO

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? - VİDEO

Trampın nümayəndələri Avropa ölkələrinin milli təhlükəsizlik üzrə müşavirlərinə ZƏNG ETDİLƏR

Trampın nümayəndələri Avropa ölkələrinin milli təhlükəsizlik üzrə müşavirlərinə ZƏNG ETDİLƏR

Türkiyədə qar uçqunu oldu, ölənlər var

Türkiyədə qar uçqunu oldu, ölənlər var

FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır

FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır

"Euronews": Bakı şəhər təhlükəsizliyi sahəsində yeni meyarlar müəyyən edir - VİDEO

"Euronews": Bakı şəhər təhlükəsizliyi sahəsində yeni meyarlar müəyyən edir - VİDEO

Zərdabda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Zərdabda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Yeni ili tez qarşılayan ölkələrdə BAYRAM COŞQUSU - VİDEO

Yeni ili tez qarşılayan ölkələrdə BAYRAM COŞQUSU - VİDEO

Hövsanda quyuya yıxılan şəxs XİLAS EDİLDİ - VİDEO

Hövsanda quyuya yıxılan şəxs XİLAS EDİLDİ - VİDEO

Yeni il möcüzəsi YAXINDIR: 4 bürc əsl sevgini tapacaq

Yeni il möcüzəsi YAXINDIR: 4 bürc əsl sevgini tapacaq

Göyçay qəzasında xəsarət alan şəxslərin SON VƏZİYYƏTİ

Göyçay qəzasında xəsarət alan şəxslərin SON VƏZİYYƏTİ

Çində artıq 2026-cı ildir – VİDEO

Çində artıq 2026-cı ildir – VİDEO

2025-ci ilin 7 ən böyük TİBBİ NAİLİYYƏTİ

2025-ci ilin 7 ən böyük TİBBİ NAİLİYYƏTİ

Göyçaydakı qəzada xəsarət alan şəxslərin kimliyi BİLİNDİ

Göyçaydakı qəzada xəsarət alan şəxslərin kimliyi BİLİNDİ

Roberto Karlos ürəyindən əməliyyat olundu

Roberto Karlos ürəyindən əməliyyat olundu

İynə ilə arıqladığını etiraf etdi - VİDEO

İynə ilə arıqladığını etiraf etdi - VİDEO

Yaponiyada GÜCLÜ ZƏLZƏLƏ oldu

Yaponiyada GÜCLÜ ZƏLZƏLƏ oldu

Göyçaydakı ağır qəzada xəsarət alan azyaşlı öldü

Göyçaydakı ağır qəzada xəsarət alan azyaşlı öldü

Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq öldü

Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq öldü

Kartofdan hazırlanan ən təhlükəli YEMƏKLƏR - Onlar sağlamlıq üçün zərərlidir

Kartofdan hazırlanan ən təhlükəli YEMƏKLƏR - Onlar sağlamlıq üçün zərərlidir

Sabiq futbolçuya ərəblərdən təklif gəldi

Sabiq futbolçuya ərəblərdən təklif gəldi

Bakı bulvarında atəşfəşanlıq olacaq

Bakı bulvarında atəşfəşanlıq olacaq

End of content

No more pages to load

RADİO