İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. 

Son dövrlərdə qardaş Özbəkistan Sizin rəhbərliyiniz ilə böyük inkişaf yolu keçmişdir. Dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi yüksəlişi, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli fəaliyyəti və dünya miqyasında nüfuzunun gündən-günə artması Sizin liderliyiniz, müdrik və uzaqgörən siyasətiniz nəticəsində mümkün olmuşdur. 

Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələri xalqlarımızın qardaşlığından, tarixi dostluğundan və ortaq mədəni köklərə bağlılığından qaynaqlanır. Bu xoş ənənələr və möhkəm təməllər üzərində qurulan çoxşaxəli əməkdaşlığımızın, qarşılıqlı inam və etimada əsaslanan strateji tərəfdaşlığımızın bu gün müvəffəqiyyətlə inkişaf etməsi və genişlənməsi məmnunluq doğurur.
Eyni zamanda, beynəlxalq təsisatlar çərçivəsində uğurlu işbirliyimizi və qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istəyirəm. 

Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da dərinləşəcəkdir. 

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Gördüm "Range Rover", "S-class"ı və restoranı olan, oliqarx oğlandır"

"Gördüm "Range Rover", "S-class"ı və restoranı olan, oliqarx oğlandır"

Fevralın 9-da bu bayram qeyd olunur

Fevralın 9-da bu bayram qeyd olunur

Gənclərdə bağırsaq xərçənginə səbəb olan 3 ƏSAS AMİL

Gənclərdə bağırsaq xərçənginə səbəb olan 3 ƏSAS AMİL

Külək əsəcək, qar yağacaq – GÜNÜN HAVASI

Külək əsəcək, qar yağacaq – GÜNÜN HAVASI

Əmrah övladlarına görə məhkəməyə üz tutdu - FOTO

Əmrah övladlarına görə məhkəməyə üz tutdu - FOTO

"AzTV-də belə mahnılara qadağa var" - VİDEO

"AzTV-də belə mahnılara qadağa var" - VİDEO

Moskvada yaralanan generalın SON DURUMU

Moskvada yaralanan generalın SON DURUMU

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

Avropa birinciliyində karateçilərimiz 6 medal qazandı - FOTO

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

Sabahdan Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

"Sabah"ın baş məşqçisi: "Ölkədə təkcə "Qarabağ" yox, başqa komandalar da var"

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Bu ölkədə 40 il sonra qar rekordu - 45 ölü var

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

Alyona Əliyeva Gəncə səfərindən paylaşım etdi - VİDEO

"Beşiktaş" öz meydanında xal itirdi

"Beşiktaş" öz meydanında xal itirdi

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Şəmkirdə “Tofaş” ağaca çırpıldı - Ölən və yaralananlar var

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Ukraynanın XİN başçısı: “Yalnız Tramp müharibəni dayandıra bilər”

Bu qidalar xoşbəxtlik hormonunu artırır

Bu qidalar xoşbəxtlik hormonunu artırır

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Siti” səfərdə “Liverpul”u məğlub etdi

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

Cey Di Vensin İrəvan və Bakı səfərlərinin qrafiki açıqlandı

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Ağcabədidə ağır qəza - 2 yaralı var

Ağcabədidə ağır qəza - 2 yaralı var

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT

End of content

No more pages to load

RADİO