Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı ilə bağlı YENİ XƏBƏR  

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün yekunlaşır. 

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.  

Sertifikatlaşdırmanın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Müəllimlərin sertifikatlaşdırılması imtahanında sualın biri səhv çıxıb, namizədlərə əlavə bal yazılıb


Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 11 min ibtidai sinif müəllimi cəlb olunub.  

Təhsilverənlərin sertifikatlaşdırılmasının test mərhələsində onlara tədris etdikləri fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir.  

Hər suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. 

Sertifikasiya ilə bağlı həvəsləndirmə tədbiri olaraq keçid balı toplamış müəllimlərin əməkhaqqına 10 faiz, 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə ödəniləcək.

Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar. 
İki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olan sertifikatlaşdırmada ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) iştirak etməyəcəklər. 

Xatırladaq ki, test imtahanı mərhələsinə avqustun 30-dan başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Sabah yağıntılar tədricən kəsiləcək

Sabah yağıntılar tədricən kəsiləcək

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Yeni tədris ili: Dəyişikliklər nələrdir?

Yeni tədris ili: Dəyişikliklər nələrdir?

Düşüncələrimizin taleyimizə TƏSİRİ – Mənfi fikirlər həyatımızı DƏYİŞİR?

Düşüncələrimizin taleyimizə TƏSİRİ – Mənfi fikirlər həyatımızı DƏYİŞİR?

Şuşada birgə sənəd imzalandı - FOTO

Şuşada birgə sənəd imzalandı - FOTO

FAKTİKİ HAVA: Bir sıra ərazilərə leysan, dağlıq ərazilərə qar yağıb

FAKTİKİ HAVA: Bir sıra ərazilərə leysan, dağlıq ərazilərə qar yağıb

Qubada 16 yaşlı qızın nənəsindən erkən nikah qalmaqalına CAVAB - VİDEO

Qubada 16 yaşlı qızın nənəsindən erkən nikah qalmaqalına CAVAB - VİDEO

Türk Dünyasının sığortaçıları Şuşada bir araya gəldi - FOTO

Türk Dünyasının sığortaçıları Şuşada bir araya gəldi - FOTO

Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi

Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi

Atası buna görə toyuna gələ bilməyək - FOTO

Atası buna görə toyuna gələ bilməyək - FOTO

Məşhur basketbolçu Mariya Şarapovanın evini aldı

Məşhur basketbolçu Mariya Şarapovanın evini aldı

Rasim Məmmədov azadlığa çıxdı

Rasim Məmmədov azadlığa çıxdı

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Xınalığa qar yağır

Xınalığa qar yağır

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

Azərbaycanlı futbolçunun komandası qalib gəldi

İranda yenidən zəlzələ oldu

İranda yenidən zəlzələ oldu

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Azərbaycanda gələn il bu idman növü üzrə dünya çempionatı keçiriləcək

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Ərdoğan TOGG-un yeni modelini sürdü - VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

Bu ölkədə yeni "iPhone"un satışı qadağan olundu

End of content

No more pages to load

RADİO