Aparıcı Zümrüd Qasımova səhhətində yaranmış ciddi problemlər səbəbi ilə Mərdəkanda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında Xalq artisti Ənvər Həsənovun görüntülərini paylaşıb.
Bizim.Media xəbər verir ki, sözügedən xəstəxanada “Covid 19” virusuna yoluxan aktyorun fotosunu paylaşan aparıcı onun şəraitsiz yerdə saxlanıldığını yazıb.
“Sənətkarımızı qorumalıyıq. Belə olmaz axı. Ənvər müəllim... Bu nə xəstəxana, nə qulluqdur? Dəhşət”.
Qeyd edək ki, Ə.Həsənovun qızı Aytən Həsənova iddia edib ki, atasını koronavirus xəstəsinin olduğu palatanın yanında yerləşdirilməsi onun “Covid-19”a yoluxması ilə nəticələnib. O həmçinin bildirib ki, Heydər Əliyev Fondu atasının müalicəsini öz üzərinə götürüb.
Rəşad Əliyev, Bizim.Media