"Ukrayna ordusunun Nikolayev-Krivoy Roq və digər istiqamətlərdə həyata keçirdiyi hücumu məğlubiyyətlə bitib".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, son sutka ərzində Ukraynanın 48 tankı, 46 piyada döyüş maşını, 37 digər zirehli döyüş maşını, 8 ağır pulemyotu və 1200-dən çox hərbçisi məhv edilib.
Həmçinin, Dnepropetrovsk vilayətinin Aleksandrovka kəndi yaxınlığında yerləşən Ukrayna Silahlı Qüvvələrinin 1-ci tank briqadasının müvəqqəti yerləşdirmə məntəqəsinə və sursat anbarına yüksək dəqiqlikli silahlarla zərbələri endirilib.
Bizim.Media