İran molla rejiminin soydaşlarımızın əlindən aldığı fundamental azadlıqlar – ARAŞDIRMA 

Bu gün İran İslam Republikasının demoqrafik tərkibinə baxdıqda azərbaycan türklərinin sayının ən aşağı göstəricilərdə belə 30 milyondan az olmadığına şahid oluruq. Cənublu soydaşlarımızın əksəriyyəti isə bu gün İranın şimal-qərb hissəsində yerləşən 4 ostanda Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncanda yaşayırlar.

XX əsrin əvvələrindən etibarən İran azərbaycanlıları dəfələrlə öz hüquq və azadlıqları uğrunda mübarizəyə qalxsalar da, hər zaman İran hakimiyyətləri tərəfindən onların qarşısı qan tökməklə, kütləvi repressiyalarla alınıb.

Və təəssüflər olsun ki, bu tendensiya molla rejiminin dönəmində də özünü aydın şəkildə büruzə verib. 

Bunun nəticəsidir ki, günümüzdə də cənublu soydaşlarımız etnik azlıqlara (azərbaycanlılar üçün İranda etnik azlıq demək nə qədər doğrudursa) verilən fundamental hüquqlardan belə məhrumdurlar.

Bir yandan da o təəssüf doğurur ki, 1978-79-cu illərdə azərbaycanlılar şahlıq rejiminin devrilməsində baş rolun müəllifi olublar. İstər hərakatın startının Qumda azərbaycanlı tələbələr tərəfindən qoyulması, istər etiraz dalğasının zirvəsinin Təbrizdə yaşanması buna ən bariz örnəkdir. Soydaşlarımız o dönəmdə şahlığın devrilməsilə demokratik dövlətinin qurulmasını və hüquqlarının bərpasını arzulayırdılar.

Lakin gələnlər gedənlərə rəhmət oxutdu...

Xomeyni şah taxtına çıxandan sonra Azərbaycan türkləri Təbriz televiziyasında və radiosunda ana dilində verilişlər təşkil etdilər, ana dilində nəşriyyatlar açıldı. Xomeyni idarəsi isə bu hərəkatı üsyan kimi qəbul etdi; ana dilinin təbliğində fərqlənən 12 nəfər Azərbaycan türkünü qətlə yetirdi. Bununla da sanki molla rejimi taxtın dadını çıxarmağa başladığı ilk günlərdən azərbaycanlılara qarşı düşmən mövqeyində olacaqlarının anonsunu verdi.

Bu hadisədən 43 ilə yaxın müddət keçib. Yarım əsrə yaxınlaşan dövr ərzində isə soydaşlarımızın halı getdikcə pisləşməyə doğru gedib. Elə 1980-88-ci illəri əhatə edən İran-İraq savaşında bu vəziyyət aydın şəkildə özünü göstərdi. Cənublu qardaşlarımızın haqq səsi olan Məhəmmədhüseyn Şəhriyar durumu ikicə misrada əks etdirməyi bacarmışdı:

“İgidlərin İran üçün şəhid olub, əvəzində Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan”.

Ötən əsrin 88-ci ilində siyasi aktivlik İranda yenidən yüksək həddə çatmışdı. Şimaldakı azadlıq hərəkatı cənuba da təsirsiz ötüşməmişdi. Bu dəfə isə Tehran rejimi azərbaycanlılara qarşı repressiya silahına əl atdı. Bu dönəmin siyasi təqibləri on minlərlə türkü qarabaqara izlədi. Bu gün İran prezidenti olan Rəisinin baş rollardan birini tutduğu repressiyalarda ən çox qətlə yetirilənlər də elə soydaşlarımız idi.

Daha sonra 1990-cı illərin əvvəllərində İanda yerli idarəetmə islahatları ən çox Azərbaycana təsir etdi. Şərqi Azərbaycan əyaləti parçalandı və bir hissəsində Ərdəbil ostanı yaradıldı.
90-ların sonu, 2000-ci illərin ortalarına qədər olan dövr isə azərbaycanlıların sistematik şəkildə fars şovinizminə məruz qalması dövrü kimi xarakterizə edilə bilər. İran televiziyaları azərbaycanlıları uzunqulaq, tarakan kimə təsvir edir, ikinci dərəcəli insanlar kimi təbliğ edirdilər. Nəticədə 2006-cı ildə sayı yüz minlərə çatan azərbaycanlılar küçələrə axın etdi. SEPAH-ın silaha əl atması isə 27 soydaşımızın ölümünə səbəb oldu.

Soydaşlarımızın tapdanan hüquqları

Sonrakı illərdə də azərbaycanlı hüquq müdafiəçiləri, aktivisitlərə qarşı təqiblər və edamların ardı-arası kəsilməyib.

Ümumilikdə isə İrandakı soydaşlarımız bir sıra ən fundamental insan hüquqlarından da məhrumdurlar. Doğrudur, İran rejiminin yaratdığı sistem bütün ölkə üzrə bir çox əsas insan hüquqlarını məhdudlaşdırsa da, azərbaycanlıların durumu daha ağırdır.

Ən bəsit hüquqlardan olan ana dilində təhsil almaq hüququ tamamilə məhdudlaşdırılıb. Eyni vəziyyət azərbaycandilli mətbuat üçün də keçərlidir. Belə ki, azərbaycan dilində informasiyalar dərc edən KİV sayı barmaqla sayılacaq qədərdir və onlar da ciddi senzura altında fəaliyyət göstərirlər.

Təbii ki, birinci nəsil insan hüquqlarının pozulduğu bu cür şəraitdə azərbaycanlıların siyasi hüquqlarından ümumiyyətlə söhbət gedə bilməz. 

Eyni zamanda məlumdur ki, türk əsilli şəxslər adətən hərbi xidmət üçün farsların kompakt yaşadığı və şəraitin daha ağır olduğu bölgələrə göndərilirlər. Onları azərbaycanlıların yaşadığı ostanlardan maksimum uzaq saxlamağa çalışırlar.

Həbsxanalarda isə vəziyyət daha acınacaqlıdır. Belə ki, hüquq müdafiəçilərinin yaydığı məlumatlar azərbaycanlıların cəzaçəkmə müəssisələrində sistemli şəkildə işgəncəyə məruz qaldığını, görüş və telefon danışığı hüquqlarının məhdudlaşdırıldığını göstərir.
 

Urmiya gölünə qarşı törədilən ekoloji terroru da azərbaycanlılara qarşı vurulan zərbə kimi qiymətləndirmək yalnış olmazdı. Çünki Urmiyanın quruması qədim türk tarixinin izlərinin silinməsi kimi da başa düşülməlidir.


Təəssüflər olsun ki, bu cür vəziyyət uzun illərdir davam edir. Müsbətə doğru dəyişikliklər isə yox dərəcəsindədir. Bu vəziyyətin molla rejiminin sütunlarını kökdən laxlatmağa başladığı da artıq daha aydın sezilməyə başlayır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı AÇIQLANDI

Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO