Xankəndidən İrəvana gedərkən Qarabağ separatçı ordusunun keçmiş komandanı, Qarabağdakı qondarma rejimin "rəhbəri" Arayik Arutyunyanın baş müşaviri Mikayel Arzumanyan həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Politik.am nəşrində yerləşdirilib.
Mənbə yazır ki, general Ermənistan İstintaq Komitəsinin təklifi ilə saxlanılıb.
Qeyd edək ki, Azərbaycan Ordusu son müharibədə Qarabağ separatçı ordusunun komandanı Cəlal Arutyunyanın maşınına mərmi atdıqdan sonra Mikayel Arzumanyan onun yerinə təyin edilmişdi.
Bizim.Media