“Rusiya sülhməramlıları artıq yeni Xankəndi-Gorus marşrutunun 4,7 kilometrlik hissəsinə yerləşdirilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatına Qarabağ separatçılarının nümayəndəsi Viktoriya Petrosyan danışıb.
Onun sözlərinə görə, yeni marşrutun Ermənistan ərazisindən keçən və Azərbaycan sərhədinədək olan hissəsi tamamilə asfaltlanıb və Xankəndi-Gorus-Laçın yolu kimi fəaliyyət göstərəcək.
“Yeni marşrut artıq fəaliyyətdədir. Əsas yolun tikintisi başa çatana qədər bu yol fəaliyyət göstərəcək. Artıq orada rus sülhməramlıları yerləşdirilib və yola nəzarət edirlər”, - V.Petrosyan bildirib.
Xatırladaq ki, bir müddət əvvəl avqustun 30-da saat 20:00-dan etibarən Qarabağla Ermənistan arasında yeni marşrut üzrə əlaqənin başlayacağı bildirilmişdi.
Bizim.Media