İki dəfə aşiq oldu, hər iki qadın öldü – Əməkdar artistin ürəkdağlayan TALEYİ - ÖZƏL

Azərbaycan Mədəniyyət xadimlərindən bir çoxu həyatlarının sonuna kimi subaylığın daşını atmayıblar. Xalq artistlərimizdən Səfurə İbrahimova, Zərnigar Ağakişiyeva kimi məşhur aktrisialarımız da ailə qurmadan, övlad sahibi olmadan gözlərini əbədi olaraq yumublar.

Bu siyahıda Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru, aparıcı səhnə ustası İlham Əsədov da var.

Əsədov İlham Əsəd oğlu 1 may 1970-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib.

1994-cü ildən «İlham» Miniatür teatrının, 2003-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

2016-ci ilin noyabr ayının 9-da Kalmıkiya Respublikasının,10 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Aktyor şəxsi həyatı ilə bağlı Bizim.Media-ya açıqlama verib. Onun sözlərinə görə, ilk sevgisi uğursuz olub:

“Həyatımın ən gözəl illərində, hardasa 25 yaşımda mən bir xanıma aşiq olmağa başladım. Hiss etdim ki, o xanım da məni sevir. Qarşılıqlı sevgimiz bizi nişana doğru apardı. O zaman mən “ İlham” mineatür teatrında çalışırdım. O zamankı sənət dostlarım hətta nişan mərasimimdə də iştirak etmişdilər. Təəssüf ki, mən nişanlımı avtomobil qəzasında itirdim”.

İlham Əsədov bu uğursuz sevgisindən illər sonra daha bir xanıma aşiq olur

“Bir gün təsadüfən qarşılaşdığım bir xanımı çox bəyəndim. Sonra onunla tanış olub görüşməyə başladım. Münasibətimizin ən pik nöqtəsində isə xanım qəfil yox olmağa başladı. Ara-sıra gedib gəlmələri ilə məni xeyli yordu. Sonra təsadüfən bildim ki, sən demə bu xanım xərçəng xəstəsi imiş. Bir gün o, mənə dedi ki, səni bədbəxt etmək istəmirəm. Nə qədər gec deyil, başqa bir xanımla evlən. Ailə sahibi ol. Mən isə həyatdan köçdüyü son günə kimi onun yanında oldum. O zamanlar qismət və ya alın yazısı deyilən bir şeyə inanmırdım. Yaşadıqlarımdan sonra anladım ki, sən demə yazılanı pozmaq heç bir vəchlə mümkün deyil”.

Hazırda sevdiyi xanımın olmasına gəlincə isə aktyor bildirib ki, daha sevmək fikri yoxdur və həyatını yalnız başa vurmaq niyyətindədir: 

“Bütün sevgimi sənətimə və qardaşımın övladlarına ayırmışam. Bir növ öz taleyimlə də barışmışam. Hazırda çalışdığım GTT-da Həmkarlar Komitəsinin sədriyəm və komitənin 250 üzvü var. Məndən yaşca böyük olmalarına baxmayaraq hərdən üzvlərə deyirəm ki, siz mənim övladlarımsınız. Tamaşa məşqləri, təşkilati işlər, film çəkilişləri məni o qədər məşğul edir ki, əksər hallarda günün necə başlayıb bitdiyini də unuduram. Bir sözlə darıxmağa vaxtım qalmır...

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda kişinin meyiti evin həyətindən TAPILDI

Bakıda kişinin meyiti evin həyətindən TAPILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

End of content

No more pages to load

RADİO