Rusiya Zaporojye atom elektrik stansiyasının öz nəzarəti altında olan ərazilərində hərəkət edərkən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlərinin təhlükəsizliyinə zəmanət verir.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, AEBA ekspertləri stansiyaya Ukraynanın nəzarətində olan ərazi vasitəsilə gələcək və həmin ərazidə təhlükəsizliyə Kiyev cavabdeh olacaq.
“Rusiya AEBA-nın missiyasında maraqlıdır, mütəxəssislərin fəaliyyətlərinin mümkün üsulları yerində müzakirə olunacaq, hər şey detallardan asılıdır", deyə Kremlin sözçüsü əlavə edib.
Bizim.Media