Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatına Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Söhbət iki ölkə arasında dostluq müqaviləsinin 25-ci ildönümünə təsadüf edib.
“Bu gün Rusiya və Ermənistan üçün çox mühüm gündür: 25 il əvvəl ölkələrimiz arasında dostluq müqaviləsi imzalanıb və bu gün günortadan sonra prezident Putin bu münasibətlə Paşinyanla telefon danışığı aparacaq”. Bu barədə Kremlin sözçüsü bildirib.
Onun sözlərinə görə, söhbət həm də “cari məsələlərin gedişatını müzakirə etmək üçün yaxşı fürsət” olacaq.
Bizim.Media