"Herba-Flora" MMC-yə cərimə protokolu yazılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) ilə inzibati protokol tərtib edilib.
Protokol araşdırılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.
İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.
Məhkəmə yaxın günlərdə keçiriləcək.
Eldar Məmmədli, Bizim.Media