“Rusiyalı jurnalist Darya Duqinanın ölümünə ürəkdən sevinirəm. Təəssüflənirəm ki, niyə onun atası Aleksandr Duqin avtomobildə olmayıb. O, mənim düşmənim olan Azərbaycanı onilliklər boyu dəstəkləyir. Bu baxımdan qızının ölümünə çox şadam, özünün ölməməyinə görə isə üzülürəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni sosioloq və politoloq Karen Sarkisyan Factor TV-nin efirində səsləndirib.
“Mən ürəkdən təəssüflənirəm ki, Marqarita Simonyan və onun əri bu maşında oturmayıblar”, deyə o, əlavə edib.
Xatırladaq ki, avqustun 20-də Moskva vilayətində Aleksandr Duqinin qızı Daryanın olduğu CİP avtomobili partlayıb.
Bizim.Media