Ermənistanda baş nazir Nikol Paşinyan və komandasına qarşı yenidən etirazlar başlayır.
Bu barədə Bizim.Media erməni mətbuatına istinadən xəbər verir.
“Müqavimət” hərəkatı sentyabrın 2-də İrəvanda mitinq təşkil edəcək. Etiraz aksiyası yerli vaxtla saat 19:30-da “Place de France”da baş tutacaq.
Qeyd edək ki, hərəkatın əvvəlki aksiyaları zamanı 2500-ə yaxın müxalifətçi saxlanılıb. Onlardan bəziləri fiziki təzyiqə və zorakılığa məruz qalıb.
Bizim.Media