Şou-biznesin əkiz müğənni bacıları Sevil və Sevinc Səfərova Rusiyada nikahdankənar dünyaya gələn bacı ilə bağlı danışıblar.
Bizim.Media xəbər verir ki, sözügedən məsələnin pərdəarxası məqamı isə sənətçilərin sosial şəbəkə hesabında izləyiciləri ilə etdiyi "sorğu-sual" zamanı açıqlanıb.
İzləyicisindən gələn “başqa bacınız var?” sualına əkizlər belə cavab verib:
“Doğrudur, Rusiyada yaşayır. Kimin Rusiyada övladı yoxdur ki? Xoşqədəm xanım (Aparıcı Xoşqədəm Hidayətqizi – red) axtarışa çıxsa, əhalinin sayı artar”.
Rəşad Əliyev, Bizim.Media