“Həyat yoldaşım şuşalıdır. Xan qızı, görkəmli şairəmiz Xurşidbanu Natəvanın nəslindəndir. Mən də ziyalı nəslin nümayəndəsiyəm, ailəmizdə Xalq artistləri, Əməkdar artistlər var”.
Bizim.Media xəbər verir ki, bu sözləri son günlər şəxsi həyatı ilə gündəmə gələn və sosial mediada müzakirə obyekti olan müğənni Mina Hüseyn bildirib:
“Nə həyat yoldaşım, nə də mən daha əvvəl ailəli olmamışıq. Bu, ikimizin də ilk qanuni evliliyidir. Ana olmağa hazırlaşdığıma gəlincə, bu məlumat da yanlışdır”.
Rəşad Əliyev, Bizim.Media