Türkiyənin məşhur aktyor cütlüyü Fahriye Evcen ilə Burak Özçivitin yaxın aylarda doğulacaq körpələrinin cinsiyyəti bəlli olub.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, hamiləliyinin dördüncü ayında olan aktrisanın daha bir oğlu olacaq.
Xatırladaq ki, həftələr əvvəl aşiqlərin əkiz övladı olacağı ilə bağlı məlumatlar yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.
Qeyd edək ki, F.Evcen ilə B.Özçivin cütlüyünün Karan adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media