Türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç "A Spor" telekanalında yayımlanan "Son Sayfa" verilişində "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib.
Bizim.Media xəbər verir ki, o “Fənərbağça"nın qrup mərhələsindəki potensial rəqiblərini dəyərləndirərkən, "Qarabağ" Ermənistan komandası deyilmi" söyləyərək, yanlışlığa yol verib.
Verilişin digər iştirakçısı Hüseyin Özkek onun səhvini düzəldib. Bilgiç proqramın gedişində Niderlandın PSV komandasını da aşağılayıb. O, Eyndhoven təmsilçisinə "PSV-MSV" deyib.
Bundan əlavə, verilişin gedişində Bilgiçin 2024-cü ildən qüvvəyə minəcək Çempionlar Liqasının yeni formatından xəbərsiz olması üzə çıxıb. Həmkarı Hüseyin Özkek bu barədə onu məlumatlandırıb.
Bilgiçin bu davranışı sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb.
Bizim.Media