İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, XİN rəhbəri ABŞ-ın İranın təkliflərinə cavab verdiyini, bu cavabın üzərində iş getdiyini deyib.
BMT-nin Baş katibi də razılaşma prosesini müsbət qiymətləndirib və İranın mövqeyini konstruktiv hesab edib.
A.Quterreş Vyana danışıqlarının müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib.
Bizim.Media