Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yol qəzası keçirən İbrahim Tatlısəsə zəng edib.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, o müğənniyə xoş arzularını çatdırıb və şəfa diləyib.
Qeyd edək ki, Muğlanın Bodrum rayonunda İbrahim Tatlısəsin olduğu mikroavtobus qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.
Qəzadan sonra uçuruma yuvarlanan avtomobildə ilişib qalan İbrahim Tatlısəs xilas edilib.
Bizim.Media