Ötən gün aktrisa Neslihan Atagülün "Sefirin kızı" serialından getdiyi açıqlanıb.
Bizim.Media türk mediasına istinadən bildirir ki, buna səbəb sənətçinin səhhətində yaranan problem olub. Neslihanın yerinə ekran işində Tuba Büyüküstünün çəkiləcəyi bildirilib.
Qeyd edək ki, Atagül serialda Nare obrazına həyat verirdi.
Sosial şəbəkələrdə Tubanın obraza uyğun olub- olmaması, müzakirə mövzusuna çevrilib.
Onu da bildirək ki, Tuba Büyüküstün və Engin Akyürek, 2014-cü ildə "Kara Para Aşk" filmində birlikdə rol almışdı.
Bizim.Media