Müğənni Mina Hüseyn nikahının görüntülərini paylaşıb.
Bizim.Media xəbər verir ki, türk vətəndaşı ilə ailə quran sənətçi sosial şəbəkə hesabında gəlinlik libasında nikah kitabına imza atdığı an çəkilən fotolarını yayımlayıb.
Mina ərinin üzünün görüntüsünü kəsərək yalnız əlinin göründüyü şəkilləri paylaşıb.
Bununla yanaşı izləyiciləri ilə bölüşdüyü fotolarda özünün və ərinin barmaqlarını bəzəyən nişan üzükləri də əks olunub.
Qeyd edək ki, Mina Hüseyn hazırda hamilədir.
Rəşad Əliyev, Bizim.Media