Avqustun sonunda Moskvada Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə komissiyaların nümayəndələrinin iclasının keçirilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatına baş nazirin müavini Mqer Qriqoryanın kabinetindən məlumat verilib.
"Hazırda məsələlərin ayrıca gündəliyi müəyyən edilməyib", - ofisdən bildiriblər.
Xatırladaq ki, mayın 24-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin sərhəddə görüşü baş tutub.
Bu, Qriqoryanla Mustafayev arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində ilk danışığı olub.
Bizim.Media