Ermənistanın cənubunda, Sünik istiqamətində Qarabağ müharibəsində ölənlərin cəsədlərinin axtarışı zamanı mina partlayıb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Mehri bölgəsində cəsədlərin axtarışı zamanı baş verən partlayış nəticəsində iki xilasedici yaralanıb.
FHN-nin kapitanı Artem Şahnazaryan və yanğınsöndürən Aram Navasardyan Qafandakı xəstəxanaya yerləşdiriliblər.
Bizim.Media