Müğənni Şəbnəm Tovuzlu fırıldaqçılıqda ittiham olunur.
Bizim.Media xəbər verir ki, sənətçi “Instagram”da təşkil etdiyi “Giveaway” yarışında iştirak edən sponsorlardan birinin Şəbnəmin səhifəsini şikayət etdiyi haqda məlumat paylaşıb.
Qarşı tərəfin, yəni sponsorlardan birinin Ş.Tovuzlunun yarışı düzgün təşkil etmədiyi ortaya çıxıb.
Qalmaqallı iddialarla bağlı Şəbnəm “Giveaway”a sponsor olan həmin şəxsin səhifəsini yayımlayaraq, bu sözləri yazıb:
“Bu şərəfsiz “Giveaway”imizi saxta olduğunu yazır, adımızı ləkələyir. Səhifəsində izləyicilərin sayı çoxalsa da, indi verdiyi pulunu geri istəyir. Neyləmək istəyirsiz, bir tək bu şikayət edir. Bizdə heç nə saxta deyil, ola da bilməz”.
Rəşad Əliyev, Bizim.Media