Xalq artisti Brilliant Dadaşova mənfur düşmənlərimizin Laçını tərk edərkən meşələri, evləri yandırması ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yanğın kadrlarını yayımlayaraq, üsyan edib.
“Laçından yenə tüstülər qalxır. Gözdən ürəyimə qara qanlar axır. Ay vicdansız, zatı imansız, bilmirsən ki, göydən Allah da baxır? Nə edib sənə yaşıl ağaclar, yavru quşlar, kollar, yamaclar? Unutma, vətənin doğma övladları var, yandırdığın daxma yerində imarətlər ucaldar, yamanlıq yenə də sənin özünə qalar”.
Rəşad Əliyev, Bizim.Media