Dünya pop ulduzu Cennifer Lopez ikinci dəfə Hollivud aktyoru Ben Afflekə "Hə" deyib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün tayı bərabəri olmayan, nağıllara bənzər toyu Corciyada baş tutub.
Cey Lonun əynini "Ralph Lauren" markasına məxsus gəlinlik bəzəyib. Ben isə ağlı-qaralı smokinqdə diqqət çəkib. Müğənninin altı metrlik fatasını onun uşaqları - dörd yaşlı Lopes Maks və Emme, eyni zamanda aktyorun Cennifer Qarnerdən olan 16 yaşlı Vayolet, 13 yaşlı Safina və 10 yaşlı Semuel tutublar.
Rəşad Əliyev, Bizim.Media