Müğənni Azad Şabanov oğlu Səid Əli ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi özü, xanımı Tamilla və oğlunun birgə çəkilmiş fotolarını yayımlayaraq, Səidi 2 yaşı tamam olması münasibəti ilə təbrik edib.
Azad təbrik paylaşımına bu sözləri yazıb:
"Sevgi, məhəbbət, eşqin ilk yeni tamını mənə yaşadan övladım! Mübarəksən, atanın ən yaxın dostu - Şabanov Səid Əli Azad oğlu. Gözəl, zərif qızımızı, sənin üçün hər şeyi qurban verən mamanı qoruyasan. Xanımlara qarşı hər bir zaman diqqətli olasan, qardaşının sirdaşı olasan, ailəmizin fəxri olasan. Atanız sizlə yaşayır. Ad günün mübarək!"
Qeyd edək ki, A.Şabanov Tamilla ilə 2019-cu ildə ailə qurub. Cütlüyün 2022-ci ildə Pənah Əli, 2021-ci ildə isə Səid Əli adlı oğulları dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media