“Sevda toyuna məni dəvət etməyib, pulum cibimdə qalıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri prodüser Anar Mədətov qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib.
Anar bir il əvvəl baş tutan və şou əhlinin axın etdiyi müğənni Sevda Yahyayevanın toyunda iştirak etməməsinin səbəblərini dilə gətirib.
“Hamıya yaxşılıq etmişəm. Heç kim deyə bilməz ki, ona pislik etmişəm. Mənə pislik etməsələr, heç kimə pislik etmərəm. Sevda toyuna çağırmayıb, yerimə başqa adamı çağırıb və ya Anar deyibsə, dəvətnaməm ayrı insana gedib. Əsas odur ki, Sevda naxçıvanlıya ərə gedib.
Naxçıvanlıya ərə gedibsə, onlar Sevdaya başa salar ki, naxçıvanlıları sevmək lazımdır. Elə vaxtı ilə sənə naxçıvanlı Anar Mədətov dəstək olub”.
Qeyd edək ki, S.Yahyayeva həkim-genetik Zakir Bayramovla ailə qurub. Ana olacaq müğənni hazırda hamiləliyinin dördüncü ayındadır.
Rəşad Əliyev, Bizim.Media