Tibbi sığortaya ən çox bu xəstəliklərə görə müraciət edilib

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən Mərkəzi Xəstəxanaların və onların struktur bölmələrinin, habelə Müalicə Diaqnostika Mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etdikləri ilkin hesabatlara əsasən, 2020-ci il ərzində 1 147 834 nəfər sözügedən müəssisələrə ümumilikdə 4 170 432 dəfə müraciət edib.

Bu barədə Bizim.Media-ya Agentlikdən məlumat verilib. Bildirilib ki, bu müraciətlər üzrə 8 339 508 tibbi xidmət göstərilib. Beləliklə, sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50 faizi tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilib.

 

MÖVZU İLƏ BAĞLI:

Gələn il ölkə ərazisində icbari tibbi sığorta tətbiq ediləcək


Ən çox müraciət olunan şəhər və rayonların beşliyi belədir: Mingəçevir şəhəri (449 837), Xaçmaz (348 856), Ağdaş (328 756), Zaqatala (291 814) və Yevlax (275 779) rayonları.

Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (1 156 586), Xaçmaz (615 557), Ağdaş (512 834), Yevlax (512 451) və Şəki (510 891) rayon Mərkəzi Xəstəxanalarıdır (523 632).

Müraciətlərin çoxu hərbi xidmətə çağırılanların müayinəsi də daxil olmaqla, ümumi tibbi baxış (503 381), habelə qan dövranı sistemi (210 201), tənəffüs sistemi (179 376), endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları (171 622), sidik-cinsiyyət sistemi (148 907) və həzm sistemi (135 803) xəstəlikləri ilə bağlı olub.

İlkin hesablamalara görə, 2020-ci il ərzində stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib. Bundan başqa 2176 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, bu şəxslərin 103 nəfərini uşaqlar təşkil edib.

Sayca ürək və damar cərrahiyyəsi (1252), oftalmologiya (402), urologiya (207), neyrocərrahiyyə (179) və travmatologiya (80) üzrə əməliyyatlar çoxluq təşkil edir. Uşaqlar üzərində ürək və damar cərrahiyyəsi üzrə əməliyyatlarının sayı 68 olub. Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.

Agentlikdən o da bildirilib ki, TƏBİB-in tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə 13 tibbi ərazi bölməsi (TƏB) yaradılıb.

Hazırda icbari tibbi sığortanın tətbiqi beş TƏB-i və Sumqayıt TƏB-ə aid olan Xızı rayonunu əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, 2020-ci il ərzində ən çox Şəki-Zaqatala TƏB-ə müraciət edilib. Belə ki, Şəki-Zaqatala TƏB üzrə 1 345 727, Bərdə-Yevlax TƏB üzrə 1 054 372, Quba-Xaçmaz TƏB üzrə 729 871, Göyçay-Kürdəmir TƏB üzrə 623 978, Dağlıq Şirvan TƏB üzrə 403 146, Xızı rayonu üzrə isə 13 336 müraciət qeydə alınıb.

Xatırladaq ki, Agentlik tərəfindən icbari tibbi sığorta 1 yanvar 2020-ci il tarixindən etibarən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir. Qeyd olunan ərazilərdə ümumi əhali sayı 2 256 000 nəfər təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Çin avtomobilləri ucuzlaşacaq - BU TARİXDƏN

Çin avtomobilləri ucuzlaşacaq - BU TARİXDƏN

Azərbaycanda bu iki söz yoxa çıxır – Hər evdə işlənirdi…

Azərbaycanda bu iki söz yoxa çıxır – Hər evdə işlənirdi…

Yermak evində axtarış aparıldığını TƏSDİQLƏDİ

Yermak evində axtarış aparıldığını TƏSDİQLƏDİ

Honkonqdakı yanğında ölənlərin sayı 128 nəfərə ÇATDI

Honkonqdakı yanğında ölənlərin sayı 128 nəfərə ÇATDI

AFFA Ülvi Babayevi milliləşdirmək İSTƏYİR

AFFA Ülvi Babayevi milliləşdirmək İSTƏYİR

Bakı-Sumqayıt magistralında nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Bakı-Sumqayıt magistralında nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Qadın müəllim niyə avtobus sürücüsü işləməyə qərar verdi? - Ekspert

Qadın müəllim niyə avtobus sürücüsü işləməyə qərar verdi? - Ekspert

Sutkada gömrük postundan nə qədər yük KEÇİR?

Sutkada gömrük postundan nə qədər yük KEÇİR?

Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb

Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb

Biləsuvarda ölən DSX əsgərinin FOTOSU

Biləsuvarda ölən DSX əsgərinin FOTOSU

Masazırda 1-ci sinif şagirdi məktəbin həyətində dünyasını dəyişdi

Masazırda 1-ci sinif şagirdi məktəbin həyətində dünyasını dəyişdi

İlham Əliyevdən Albaniya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Albaniya Prezidentinə MƏKTUB

Ağstafada itkin düşən qadın tapıldı, evə qayıtmaq istəmir – FOTO

Ağstafada itkin düşən qadın tapıldı, evə qayıtmaq istəmir – FOTO

Afət meyxanaçıya ərə gedir - VİDEO

Afət meyxanaçıya ərə gedir - VİDEO

Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”

Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”

Ölkəyə gələn sərnişinlər arasında gizlədilmiş mallar aşkarlandı

Ölkəyə gələn sərnişinlər arasında gizlədilmiş mallar aşkarlandı

Bu rayon xəstəxanasında 73 həkim vakant yeri VAR

Bu rayon xəstəxanasında 73 həkim vakant yeri VAR

70-dən çox erkən nikahın qarşısı ALINDI – 39 nəfər CƏZALANDIRILDI

70-dən çox erkən nikahın qarşısı ALINDI – 39 nəfər CƏZALANDIRILDI

Cahid Şahbazovla bağlı açılan cinayət işinə XİTAM VERİLDİ

Cahid Şahbazovla bağlı açılan cinayət işinə XİTAM VERİLDİ

Regionlarda tibbi xidmətlə bağlı YENİLİK

Regionlarda tibbi xidmətlə bağlı YENİLİK

Bakıda toy zamanı şadlıq evində yanğın - “Zalda bir nəfər qalmasın” – VİDEO

Bakıda toy zamanı şadlıq evində yanğın - “Zalda bir nəfər qalmasın” – VİDEO

Bakıda TDT-nin media və informasiya üzrə nazirlərinin toplantısı keçirilir – VİDEO

Bakıda TDT-nin media və informasiya üzrə nazirlərinin toplantısı keçirilir – VİDEO

Ukraynada korrupsiya QALMAQALI: Zelenskinin Ofis rəhbərinin evində axtarış aparılır – FOTO

Ukraynada korrupsiya QALMAQALI: Zelenskinin Ofis rəhbərinin evində axtarış aparılır – FOTO

End of content

No more pages to load

RADİO