Görmə orqanlarının iltihabı, qaşınma və fotofobiya COVİD-19 xəstəliyinin əlamətləri ola bilər.
Bizim.Media xəbər verir ki, bunu “Anglia Ruskin” Universitetinin alimləri (ARU) bildirib.
Elmi material “British Medical Journal” dərc olunub.
Koronavirusa yoluxan zaman fotofobiya özünü təkcə parlaq günəş işığında deyil, həm də telefonun ekranına, kompüterə, ocağa baxan zaman özünü göstərə bilər.
Alimlər bunun üçün çaxnaşmaya düşməməyə çağırır. Onsuz da qaşınma, iltihab, işıq dözümsüzlüyü bu xəstəlik üçün xarakterikdir.
Araşdırmada koronavirusa yoluxan kor insanların da göz narahatlığının olduğu qeyd edilir.
Həmçinin deyilir ki, "göz simptomları" koronavirus xəstəliyinin ilkin mərhələsində müşahidə olunur.
Bizim.Media