Rusiyanın Belqorod vilayətində partlayış baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, hadisə zamanı Valuyski rayonunun Timonovo kəndi yaxınlığında sursat anbarı yanıb.
Belqorod qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında kənd sakinlərinin təhlükəsiz əraziyə təxliyə edildiyini bildirib.
Qeyd edək ki, sözügedən kənddə təxminən 530 nəfər yaşayır.
Bizim.Media