“Sosial şəbəkələrdə gecə saatlarında “Arsax”dan (Qarabağdakı qondarma rejim) hərbi texnikanın (artilleriya nəzərdə tutulur) çıxarılması ilə bağlı məlumatlar yayılıb”.
Bizim.Media xəbrə verir ki, bu barədə erməni politoloq Qrant Melik-Şahnazaryan yazıb. Onun sözlərinə görə, bu məlumatı dəqiqləşdirmək lazımdır:
“Belə çıxır ki, artıq “Arsax”ın demilitarizasiyasına başlanılıb. Bir vaxtlar bu haqda yazmışdım. Dediklərim artıq reallaşır”.
Xatırladaq ki, sentyabrın sonuna kimi Qarabağdan erməni separatçılarına məxsus ağır silahlar və hərbi birləşmələr çıxmalıdır.
Bizim.Media