Dünya kinomatoqrafiyasının parlaq ulduzu Salma Hayek yayın qızmar günlərini Romada istirahət edərək keçirib.
Bizim.Media xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında hovuz kənarında tətil fotolarını paylaşıb.
Tezliklə 56 yaşına qədəm qoyacaq Salma bir damla makiyajının belə olmadığı şəklini yayımlayaraq, təbii gözəlliyini sərgiləyib.
Digər kadrlarda isə Salma bikinidə fit vücudunu nümayiş etdirub.
Aktrisanın fotoları sosial şəbəkə əhli tərəfindən maraqla qarşılanıb.
Rəşad Əliyev, Bizim.Media