Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci yaşadan müğənni Nigar Camal Türkiyədəki istirahətindən paylaşımlar edib.
Bizim.Media xəbər verir ki, bir çox məşhurlar kimi tətilini Bodrumda keçirən sənətçi çəkilən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qara rəngli, sinə və kürək dekolteli qısa libasda cazibədar pozlar verən Nigar gözəl bədən quruluşu ilə diqqət çəkib.
Sənətçi paylaşımına ingilis dilində “İndi yoxsa, nə vaxt?” qısa şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media