“Rusiya silahları metal qırıntılarıdır” - Erməni müdafiə nazirinin Moskva səfərinin DETALLARI

“Ermənistanın müdafiə naziri Suren Papikyanın Moskva səfəri “Ordu 2022” hərbi-sənaye kompleksi sərgisini ziyarət etməklə başlayıb. Suren Papikyan ən son nümunələrlə tanış olub, hərbi sənaye müəssisələrinin rəhbərləri ilə görüşüb, hərbi əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Lragir” nəşri “Nazir metal qırıntıları üçün gedib” başlıqlı məqaləsində yazır.

“Rusiyanın adi silahlarının keyfiyyəti Qarabağ müharibəsi zamanı, az sayda qeyri-rus silahlarının Bakıya ciddi üstünlük verdiyi zaman açıq şəkildə ortaya çıxdı. Buna hava hücumundan müdafiə sistemlərinin (Rusiya-Ermənistan) işləməməsi də əlavə edilməlidir.

Ancaq bütün "parlaqlığı" ilə Rusiya silahları Ukraynada özünü göstərdi, xüsusən də Ukrayna ordusu NATO standartlarına uyğun ağır texnika aldıqdan sonra.

Saylarının müqayisə olunmayacaq qədər az olmasına baxmayaraq, bu silahlar sayəsində Ukrayna ordusu döyüş meydanında vəziyyəti düzəltməyə və Rusiya ordusunun qərargahlarına, komanda məntəqələrinə və mühüm infrastruktur obyektlərinə dəqiq dəqiq zərbələr endirməyə nail oldu.

Bu da irimiqyaslı hücumların mümkünlüyünü minimuma endirdi. Nəticədə Rusiya ordusunun təchizat zəncirləri və koordinasiya əlaqələri pozuldu. İndiyədək Rusiya ordusu canlı qüvvə, silahların sayı və nüvə şantajı sayəsində öz mövqelərini qoruyub saxlaya bilib. Bununla da Qərbin Ukraynaya kütləvi silah tədarükünün qarşısını almağa çalışır.
Öz növbəsində, sanksiyalara görə Rusiya hərbi sənaye kompleksi ciddi problemlərlə üzləşib, çünki az-çox yüksək texnologiyalı nümunələrdə Rusiyanın təkbaşına istehsal edə bilmədiyi Qərb komponentləri və elektronikasından istifadə olunur. Moskva Türkiyə və Çinin köməyi ilə bu komponentləri “boz sxemlər”lə əldə etməyə çalışır, eyni zamanda soyuducu, paltaryuyan və digər məişət cihazlarında istifadə olunan çipləri “uyğunlaşdırmaq” istəyir.

“Rusiya kanalları ilə Ermənistan ordusunu modernləşdirmək” niyyəti barədə bəyanatlar, xüsusən də dünyada müharibələrin keyfiyyətinin dəyişdiyi bir vaxtda özlüyündə cəfəngiyyat kimi səslənir.

Ukrayna müharibəsi göstərdi ki, Rusiya silahları Qərbin texnoloji silahlarının zərbələrindən sonra metal qırıntılarına çevrilir”, – İrəvan nəşri qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

Tokayev onu baş nazir təyin etdi

Tokayev onu baş nazir təyin etdi

Bakıda avtomobil aşdı – VİDEO

Bakıda avtomobil aşdı – VİDEO

Şükufə Yusupovanın vəziyyəti necədir?

Şükufə Yusupovanın vəziyyəti necədir?

Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi – FOTO

Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi – FOTO

Prezident Qırğızıstanda səfərdədir

Prezident Qırğızıstanda səfərdədir

2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi

Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi

Azərbaycanlı jurnalistlər Bişkekdə - VİDEO

Azərbaycanlı jurnalistlər Bişkekdə - VİDEO

Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"

Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"

Sentyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ

Sentyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ

Xaçmazda 26 yaşlı gənc faciəvi şəkildə HƏYATINI İTİRDİ

Xaçmazda 26 yaşlı gənc faciəvi şəkildə HƏYATINI İTİRDİ

DYP-dən ÇAĞIRIŞ: “Yağışlı havada sürəti azaldın!”

DYP-dən ÇAĞIRIŞ: “Yağışlı havada sürəti azaldın!”

Üç BÜRCÜN pul problemləri ilə üzləşməsinin SƏBƏBLƏRİ

Üç BÜRCÜN pul problemləri ilə üzləşməsinin SƏBƏBLƏRİ

Prezident Malayziya Kralını TƏBRİK ETDİ

Prezident Malayziya Kralını TƏBRİK ETDİ

Balakənin sabiq icra başçısının həbs müddəti UZADILDI

Balakənin sabiq icra başçısının həbs müddəti UZADILDI

İlham Əliyevdən Sadır Japarova MƏKTUB

İlham Əliyevdən Sadır Japarova MƏKTUB

Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə artım olacaq

Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə artım olacaq

Peskovdan Putin-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA – VİDEO

Peskovdan Putin-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA – VİDEO

Azərbaycanın ŞƏT-lə əlaqələrində YENİ MƏRHƏLƏ – Avrasiyanın dəyişən xəritəsində Bakının STRATEJİ ROLU

Azərbaycanın ŞƏT-lə əlaqələrində YENİ MƏRHƏLƏ – Avrasiyanın dəyişən xəritəsində Bakının STRATEJİ ROLU

“Prius” manevr edərkən qəza törətdi, heç nə olmamış kimi yoluna davam etdi – VİDEO

“Prius” manevr edərkən qəza törətdi, heç nə olmamış kimi yoluna davam etdi – VİDEO

Bəzi yerlərə leysan yağır -FAKTİKİ HAVA

Bəzi yerlərə leysan yağır -FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO