Rusiyada komaya düşən Vətən müharibəsi qazisi vəfat edib.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, bir müddət əvvəl Rusiyaya işləmək üçün gedən və orada böyrəklərində problem yaranan Elşən Həsənov vəfat edib.
Bu barədə onun qardaşı Məhərrəm Həsənov məlumat verib.
Qeyd edək ki, E.Həsənov Vətən müharibəsi qazisi idi. Mərhum Tərtər rayon sakinidir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu