Samirənin qızı ilə paylaşımı təhqir olundu – Polisə üz tutdu – ÖZƏL/FOTO  

Meyxanaçı Samirə Yusif qızının sosial şəbəkədə qızı Fəridə ilə paylaşdığı fotosu qalmaqala səbəb olub.  

Bizim.Media xəbər verir ki, sənətçi klip çəkilişi zamanı qızı ilə avtomobilin önündə poz verərək şəkil çəkdirib.  

Həmin şəkildə Fəridənin yaxası ilə çiyin hissəsinə əlini uzadaraq, alt geyiminin bir hissəsini açıq qoyması izləyicilər tərəfindən xoş qarşılanmayıb. Onlar tənqid bir yana, təhqir dolu şərhləri ilə ana-balaya hücüm çəkiblər.  

Bir fotoya görə ünvanı daş qalaq olan S.Yusifqızı məsələyə yazdığı şərhlə belə münasibət bildirib.  

“Bu klip çəkilişindəndir. Foto qəfil çəkilib. Uşaq köynəyini düzəldəndə foto çəkilib. Burda nə var ki? Bəsdirin də. Gedin lüt çıxanlara da yazın da. Çatmır hünəriniz? Tünzaləyə, Brillianta, Röya və ya Aygünə... Sadalayım yenə?  

Qüruruma heç kimin şübhəsi ola bilməz. 20 ildən çoxdur yoldaşım rəhmətə gedib. Ailə qurmadım uşaqlarıma görə. 25 yaşından dul qaldım. Amma namusla yaşadım, halal övladlar böyütdüm. Qəlbə dəyməyin, qəlb Kəbə evidir” – deyə, Samirə yazıb.  
Sənətçinin yazdığı bu şərh isə sosial şəbəkə əhlini daha da qıcıqlandırıb. Oqtay Səfərov adlı izləyici “Özünüzə hörmət edin” və digər yazdığı ağır sözlərlə dolu şərhlərlə Samirəni və qızını təhqir edib. Bundan sonra meyxanaçı ilə izləyicisi arasında şərh bölməsi savaş meydanına çevrilib.  

Qalmaqallı məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Samirə Yusif qızı ilə əlaqə saxlayıb.  

Sənətçi bildirib ki, onu və qızını təhqir edən Oqtay Səfərov adlı izləyici barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.  

“Bu cür insanlar cəzalanmalıdır ki, ağılları başlarına gəlsin. Həmin şəxslə bağlı Xətai rayon polis bölməsinə şikayət olunub. Araşdırma aparılır. Heç kimin ixtiyarı yoxdur ki, kimisə təhqir etsin. Mədəniyyətimizi, abrımızı qoruyub cavab vermiriksə, bu o demək deyil ki, davamlı təhqirlərə məruz qalmalıyıq. Ümüd edirəm ki, hüquqi müstəvidə bu məsələ öz həllini tapacaq”.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

End of content

No more pages to load

RADİO