Xalq artisti Natiq Şirinovun oğlu Ümid Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, nağara ifaçısının oğlu bu gün 65 yaşına qədəm qoyan xanəndənin doğum gününü sosial şəbəkə hesabında təbrik edib.
Ümid A.Qasımovla birgə çəkib, yayımladığı fotosuna "Yübileyiniz mübarək, Ustad Alim Qasımov" sözlərini əlavə edib.
Qeyd edək ki, N.Şirinov A.Qasımovla qudadırlar. Ötən il Natiqin oğlu Ümid Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə ailə qurub. Fatimə bir il əvvəl Tibb Universitetinə qəbul olunub. Ümid isə "Natiq" ritm qrupunun üzvüdür.
Rəşad Əliyev, Bizim.Media