Ermənistanın keçmiş polis rəisinin müavini, general-leytenant Ararat Maxtesyana məxsus “Arzni” istirahət mərkəzində insident baş verib.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, "Arzni"tdə 67 yaşlı Qaqik Arutyunyan meyiti aşkarlanıb.
Hadisə ilə bağlı general polisə ifadəsində bildirib ki, Q.Arutyunyanın qohumlarından ibarət 4-5 nəfər mərkəzdə dava salıblar. Onlar işçiləri və istirahət edənləri nalayiq ifadələrlə təhqir ediblər.
Hazırda yerli polis Q.Arutyunyanın kim tərəfindən, hansı şəraitdə öldürüldüyün araşdırır.
Faktla bağlı cinayət işi açılıb.
Bizim.Media