Azərbaycanda vaksin olunanların son sayı açıqlanıb.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, son sutkada koronavirus əleyhinə 1 651 vaksin vurulub.
Son bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, üç və daha çox doza vaksin vurduranların sayı 1 034, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 193 nəfər olub.
Bizim.Media