Çin lideri Si Cinpin noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində şəxsən iştirak edəcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, G20 sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
Qeyd edək ki, Si Cinpin 2020-ci ilin əvvəlindən bəri ilk xarici səfərini Cənub-Şərqi Asiya ölkələrinə edəcək.
Bizim.Media