Müğənni Əminə Şirinin plastik əməliyyat etdirdiyi ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçini əməliyyat edən plastik cərrah sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, Əminənin düz 11 ay əvvəl, yəni ötən ilin oktyabrında bıçaq altına uzanaraq buxaqdan əməliyyat olunduğunu yazıb.
Plastik əməliyyatdan əvvəl və sonra fotolarını paylaşan cərrah Əminənin üzünün daha da incəldiyini və gözəl görüntü əldə etdiyini yazıb.
Qeyd edək ki, Əminə Şirin plastik əməliyyat keçirdiyi haqda heç bir açıqlama verməmişdi.
Rəşad Əliyev, Bizim.Media