Sergey Markov: “Ermənistanın Rusiya sülhməramlıları ilə bağlı gizli və məkrli planı var” - MÜSAHİBƏ

“Ermənistanın üçtərəfli sazişin müddəalarına əməl etməməsinin əsas səbəbi Qarabağda vəziyyətin gərginləşməsinə səbəb olur. Xüsusilə, Rusiya sülhməramlılarının məsuliyyət zonasının demilitarizasiyası ilə bağlı ən vacib müddəa, yəni erməni əhalisinin məskunlaşdığı və indiki vaxtda Azərbaycanın dövlət orqanlarının və strukturlarının heç bir səlahiyyəti olmayan ərazini nəzərdə tuturuq. Bu demilitarizasiyanın olmaması, yəni orada silahlı birləşmələrin olması daimi münaqişə potensialı yaradır”.

Bu fikirləri BizimMedia-ya müsahibəsi zamanı Rusiya Siyasi Araşdırmalar mərkəzinin direkroru Sergey Markov səsləndirib. O qeyd edir ki, Qarabağda erməni silahlı birləşmələrinin hələ də qalması Zəngəzur dəhlizinin reallaşmasına ən böyük maneədir.

- Cənab Markov, bilirik ki, “Yeni Dünya Nizamı”nda Zəngəzur dəhlizinin önəmli rolu var. Müharibədən xeyli vaxt keçməsinə baxmayaraq Zəngəzur dəhlizi hələ də reallaşmayıb. Əngəllər nələrdir?

- Sərhədin demarkasiyası və delimitasiyası aparılmayıb, Zəngəzur dəhlizi də razılaşdırılmayıb. Zəngəzur dəhlizini kim tikəcək, Zəngəzur dəhlizini kim idarə edəcək? Zəngəzur dəhlizinin nəqliyyat kommunikasiyaları da hələ ki, razılaşdırılmayıb. Yəni, razılaşdırılmamış çoxlu sayda məsələlər var və hətta dəqiq desək, bu, Zəngəzur dəhlizinin inkişafında Ermənistan bloklanıb.

- Bilirik ki, Zəngəzur dəhlizində Rusiya maraqlıdır. Rus sülhməramlıları isə ərazidədir. Belə olduqda Moskva niyə konkret addımlar atmır?

- Rusiya üçtərəfli sazişin həyata keçirilməsinə kömək etməlidir, lakin Rusiya sülhməramlılarının mandatı məhduddur. Xüsusilə, özlərini müdafiə etməli olduqları - yəni hücuma məruz qaldıqları hallar istisna olmaqla, döyüş əməliyyatlarında iştirak etmək hüququ yoxdur. Çox hallarda onların silahdan istifadə etmək hüququ yoxdur. Rusiya İrəvana təzyiq göstərməli, onu razılaşmalara əməl etməyə sövq etməlidir. Lakin Rusiyanın təzyiq üsulları o qədər də çox deyil.

- Ərazidə Erməni silahlılarının qaldığını qeyd etdiniz. Bəs rus sülhməramlıları 10 noyabr razılaşmasına uyğun olaraq erməni silahlılarını niyə ərazidən çıxarmır, yəni öz missiyalarını niyə yerinə yetirmirlər? Axı bu silahlılar tam da sülhməramlılar olan ərazilərdədirlər.

- Burada bir məqamı nəzərə almaq lazımdır ki, Ermənistanın Rusiya sülhməramlıları ilə bağlı gizli, məkrli planları var. Bu planların mahiyyəti ondan ibarətdir ki, Ermənistan Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında münaqişə yaratmağa çalışır ki, Rusiya Azərbaycan hərbçilərindən incisin və sonda Rusiya öz hərbi hissələrini Qarabağdan çıxarsın. Ümumiyyətlə, Ermənistan anlayır ki, onun Azərbaycanı hərbi yolla məğlub etmək şansı yoxdur, ona görə də indi Ermənistan və erməni diasporu imkan daxilində başqasının Ermənistan uğrunda döyüşməsinə “stavka” qoyur. İdeal olaraq, Qarabağda rusların Ermənistan üçün döyüşməsini istəyirlər.

- Zəngəzur dəhlizinin region ölkələri üçün önəmi nədədir?

- Zəngəzur dəhlizi birinci növbədə Azərbaycan və Türkiyə üçün sərfəlidir. Belə ki, bu dəhliz ilk növbədə Türkiyə-Azərbaycan arasındakı quru yollarını daha da rahatlaşdırır. Çünki iki ölkə çox sıx tərəfdaşdırlar. Bundan əlavə Zəngəzur dəhlizi Azərbaycanın özü üçün çox vacbdir. Çünki o Naxçıvanalada əlaqələrini dahada inkşaf etdirəcək.

Həmçinin Zəngəzur dəhlizi Rusiya üçündə çox əlverişlidir. Çünki Rusiya bu yolla Türkiyə ilə quru yolu ilə çox gözəl alış-veriş edə bilər. Rusiyanın Türkiyə ilə alver imkanlarını nəzərə alsaq, bu imkanlar ilk yerlərdə durur. Buna görə də hava yolu yox, dəniz yolu yox, məhs quru yolu olan Zəngəzur dəhlizi vasitəsi ilə Rusiya Dağıstan və Naxçıvandan Türkiyəyə öz yüklərini aparıb gətirə bilər.

Həmçinin Zəngəzur dəhlizi vasitəsilə turizm potensialınıda artırmaq mümkündür. Belə ki, bu dəhliz vasitəsilə Türkiyəyə istirahətə gedən rusiyalı turistlər öz avtomobilləri ilə Türkiyənin kurort şəhərlərinə də gedə bilərlər. Həmçinin buradan dəmir yoluda çəkilsə çoxları Antalyaya yəqin ki, qatarlada gedərlər. Düzdü, bu yol uzun ola bilər, ancaq bu yol vasitəsi ilə yaşlı adamlar, xəstəliyi olan insanlar və yaxud da təyyarə ilə səyahət edə bilməyənlər istifadə edə bilər.

- Rusiyanın liderliyində Avrasiya İqtisadi Birliyi var. Bu birlik arasında iqtisadi əlaqələrin qurulması üçün də Zəngəzur dəhlizi önəmlidir. Birliyə daxil olmayan ölkələrlə ən sərfəli ticarət əlaqələrində Zəngəzurun önəmi böyükdür. Bu ticarət əlaqələrində Zəngəzur dəhlizinin önəmini sizdən də eşitmək istərdik.

- Düzgün qeyd etdiniz. Zəngəzur dəhlizi bütün Avrasiya (Avrasiya İqtisadi Birliyi) arasında da gediş-gəlişi asanlaşdıracaq. Əgər gələcəkdə İran və Türkiyənin Avrasiya İqtisadi İttifaqına qoşulmasını nəzərə alsaq, o zaman Zəngəzur dəhlizi böyük avroasiya birliyi üçün vacib yollardan biri olacaq.
 

Nəzərə alsaq ki, hazırda Rusiya bir təfədən qərblə güclü hibrid və sanksiya müharibəsi aparır, bu baxımdan bir çox ölkələr avroasiya birliyinə qoşulmağa ehtiyat edir. Əgər müharibə tezliklə Rusyanın qələbəsi ilə nəticələnərsə, bu zaman Avrasiya bazarı müsəlman, provaslav, slavyanlar arasıda böyük birliyə səbəb olacaq.


Ancaq hazırki Avrasiya İqtisadi Birliyi roma, almaniya, katolik, protestant və ateistlər birliyindən ibarətdir. İndi elə görsənir ki, Türkiyə hal hazırda Avrasiya birliyinə hardasa qoşulmaq istəyir. Əgər bu baş verərsə, bu, Avrasiya birliyinə qoşulan ölkələr üçün də çox sərfəli olacaq.

- Cənab Markov, müsahibə üçün vaxt ayırdığınıza görə, təşəkkür edirəm.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Balakəndə sel suları körpünü dağıtdı - VİDEO

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlir

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Çingiz Abdullayev: "Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

Evlilik təklifi alan qadının ürəyi GETDİ - VİDEO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

İlham Əliyev Hadrut qəsəbəsində məscidin açılışında - FOTO

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

"Azəri-Çıraq-Günəşli"dən nə qədər qaz hasil edilib?

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Prezident Hadrut qəsəbəsinə getdi - FOTO

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

Azərbaycanda yanğın və partlayış riskləri də icbari sığortaya daxil ediləcək

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

“Qalatasaray” və “Beşiktaş” qalib gəldi - VİDEO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə GÖNDƏRİLDİ - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

İlham Əliyev Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu - FOTO

Nepalda ölənlərin sayı 72-yə çatdı

Nepalda ölənlərin sayı 72-yə çatdı

ABŞ dövlət katibi İsrailə GETDİ

ABŞ dövlət katibi İsrailə GETDİ

Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Bu ölkədə təyyarə qəzası - ÖLƏNLƏR VAR

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

Ermənistan pasport möhürlərindən Ağrıdağı SİLDİ – FOTO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

"Qarabağ"ın rəqibi səfərdə qalib gəldi - VİDEO

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Xocalının körpəsi, Türkiyənin müəllimi: hər ikisi Aybükə, hər ikisi şəhid

Sabah yağıntılar tədricən kəsiləcək

Sabah yağıntılar tədricən kəsiləcək

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bu limanda 400 kiloqramdan çox kokain ələ keçirildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

Bakıda obyekt yandı: 4 nəfər xilas edildi

End of content

No more pages to load

RADİO