“Ermənistandan təzminat tələb edilməlidir” – DEPUTAT  

“Ermənistan ilə Qarabağ İqtisadi Rayonunu birləşdirən Laçın dəhlizinə alternativ yolun Azərbaycan ərazisindəki inşaatı başa çatıb. “Qisas” əməliyyatından 1 gün sonra İrəvan da Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintisinə başladığını elan etdi.  

36 kilometrlik yolun cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də, qarşı tərəf prosesi yubatmağa çalışırdı. 2 həftə ərzində isə qeyri-qanuni məskunlaşmış ermənilər Laçın şəhəri və Zabux kəndini tərk etməlidirlər”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Gələn il buğda qıtlığı GÖZLƏNİLİR – Deputatdan PROQNOZ


Deputat qeyd edib ki, 1992-ci ildə Laçın şəhərinin 7829 sakini olub:  

“İşğaldan əvvəlki son siyahıya almağa əsasən şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar idi. 2003-cü ildən etibarən isə əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrinin şəhərdə məskunlaşmasına başlanılıb. Ermənistan statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb.

Növbəti 10 ildə qeyri-qanuni məskunlaşmış ermənilərin bir qismi sosial səbəblərdən şəhəri tərk edib. İkinci Qarabağ müharibəsindən sonra köç daha da sürətlənib. Hazırda şəhərdə cəmi 120 erməninin qaldığı güman edilir. Onlar isə avqustun 25-dək qanunsuz məskunlaşdığı əraziləri tərk edəcəklər”.  

Millət vəkili vurğulayıb ki, işğalçı ölkə 1992-ci ildə Laçın rayonunu işğal etməklə 50 min sakinimizi 30 il məcburi köçkün həyatı sürməyə məcbur edib:  

“Ermənistan 2003-cü ildən sonra o ərazilərimizdə qeyri-qanuni məskunlaşdırdığı ailələrin Azərbaycan torpaqlarını tərk etməsini də faciə kimi təqdim etməyə çalışır. Halbuki, prosesin növbəti mərhələsi Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə, işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsidir. Dəymiş ziyan isə milyard dollarla ifadə olunur”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Azərbaycan, Özbəkistan və Gürcüstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – RƏSMİ

Pensiyaçıların NƏZƏRİNƏ – Bu qədər artım olacaq – RƏSMİ

FHN-dən qar uçqunu XƏBƏRDARLIĞI

FHN-dən qar uçqunu XƏBƏRDARLIĞI

Nəsiminin icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – DOSYE

Nəsiminin icra başçısı təyin olunan Tahir Budaqov kimdir? – DOSYE

Tahir Budaqov Nəsimi rayonunun icra başçısı TƏYİN OLUNDU

Tahir Budaqov Nəsimi rayonunun icra başçısı TƏYİN OLUNDU

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Sahibkarlara ŞAD XƏBƏR – Müddət daha bir il uzadıldı

Sahibkarlara ŞAD XƏBƏR – Müddət daha bir il uzadıldı

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

ABŞ-ın 9 hərbi təyyarəsi Bakıya, 12-si isə İrəvana eniş etdi – FOTO

Bu məktəbə Elza İbrahimovanın adı verildi – QƏRAR

Bu məktəbə Elza İbrahimovanın adı verildi – QƏRAR

ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaz SƏFƏRİ – Hansı razılaşmalar əldə olunacaq?

Stadionda evlilik təklif edən hakim hücuma MƏRUZ QALDI – FOTO

Stadionda evlilik təklif edən hakim hücuma MƏRUZ QALDI – FOTO

Azərbaycanda biznesmen həbsxanada vəfat etdi

Azərbaycanda biznesmen həbsxanada vəfat etdi

Dövlət xidmətində yüksək vəzifəyə TƏYİNAT – FOTO

Dövlət xidmətində yüksək vəzifəyə TƏYİNAT – FOTO

Ramiz Mehdiyevlə bağlı yeni qərar OLACAQ

Ramiz Mehdiyevlə bağlı yeni qərar OLACAQ

Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişdi – RƏSMİ

Azərbaycanda daşınmaz əmlakla bağlı prosedur qaydaları dəyişdi – RƏSMİ

Adı “Neftçi” ilə hallanan futbolçu İtaliya klubuna KEÇDİ

Adı “Neftçi” ilə hallanan futbolçu İtaliya klubuna KEÇDİ

Bu məktəbə Fikrət Qocanın adı verildi – QƏRAR

Bu məktəbə Fikrət Qocanın adı verildi – QƏRAR

Naxçıvanın Baş naziri kolektivə təqdim olundu – FOTO

Naxçıvanın Baş naziri kolektivə təqdim olundu – FOTO

Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VİDEOSU

Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Bakıdakı cinayətin ANBAAN VİDEOSU

“Ay İşığı” restoranında nöqsanlar aşkarlandı – FOTO

“Ay İşığı” restoranında nöqsanlar aşkarlandı – FOTO

End of content

No more pages to load

RADİO