"Nə olar, Allahım" nəğməsinin təkrarı olmayacaq. Ola bilsin daha gözəli və ya eyni səviyyədə olacaq, amma onun kimi olmayacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Günün sədası" səhər şousunda deyib.
Sənətçi sözügedən mahnının klipində rol alan Xalq artisti Ramiz Novruzla bağlı fikirlərini belə ifadə edib.
"Həmin klipdə çəkilən Ramiz bəylə artıq 20 ildir ki, bir-birimizə "sevgilim" deyə müraciət edirik. O mənim əzizimdir, canımdır. Onu da, ailəsini də çox istəyirəm" - deyə, N.Dostəliyeva bildirib.
Rəşad Əliyev, Bizim.Media