“Türkiyə Ermənistanla birbaşa ticarət əməliyyatlarının qurulmasının tərəfdarıdır”.
Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi məlumat verib.
“İki ölkə arasında hər il orta hesabla Gürcüstan ərazisindən yük daşıyan 15 min yük maşını keçir. Bu məlumatlara görə, bu gün Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi ildə 230 milyon dollara yaxındır.
Bu, o qədər də çox deyil, amma “əgər tərəflər kifayət qədər çeviklik təmin edə bilsələr və münasibətləri müsbət nöqtəyə gətirə bilsələr, o zaman vəziyyət həm Türkiyənin, həm də Ermənistanın maraqlarına cavab verə biləcək” – deyə XİN rəsmisi qeyd edib.
Bizim.Media